First slide
“11 aydır işləmirik, qarajımı satışa qoymuşam” – Faiq Ağayev

Xalq artisti Faiq Ağayev qarajını satışa çıxarıb.

Müğənni bu haqda lent.az-a müsahibəsində deyib. O bildirib ki, maddi sıxıntı yaşadığı üçün bu addımı atıb:

"11 aydır işləmirik. Artıq qarajımı satışa qoymuşam. İstəyirəm ki, xərclərimin bir hissəsini o pulla bağlayım. Çox çətindir. Bu da elə mövzudur ki, adam irad bildirməyə də çətinlik çəkir. Çünki problem tək Azərbaycanda deyil. Bütün dünyada pandemiya ilə əlaqədar işsizlikdir".

11.02.2021 21:49
3414
Loading...