“WhatsApp”dan uzun müddətdir gözlənilən YENİLİK

“WhatsApp”dan uzun müddətdir gözlənilən YENİLİK
Məşhur mesajlaşma proqramı olan "WhatsApp” uzun müddətdir sınaq prosesində olan yeniliyi "Android” istifadəçilərinin ixtiyarına verməyə hazırlaşır.

Redaktor.az xarici KİV-ə istinadən bildirir ki, "Picture in Picture” (PİP) yəni, Şəkil içərisində şəkil” adlanan rejim 2019-cu ilin əvvəllərində istifadəyə verilməsi gözlənilsə də, uzun müddətdir sınaq prosesində idi. Müddətin bitdiyini açıqlayan şirkət rəsmiləri yaxın günlərdə yeniliyi "Android” istifadəçilərinin ixtiyarına verəcək.

Qeyd edək ki, yeni funksiya vasitəsilə istifadəçilər göndərilən "YouTube” və "Facebook” videolarını proqrama daxil olmadan aça biləcək. Yəni, göndərilən videonu mesaj bölməsindən çıxarmadan açmaq mümkün olacaq.
loading...

Xəbər lenti