Qorbaçov “Çernobıl” serialından danışdı: “Mən elə göstəriş verməmişəm”

Qorbaçov “Çernobıl” serialından danışdı: “Mən elə göstəriş verməmişəm”
Çernobıl” son illərin ən çox izlənilən seriallarından biridir. Az qala, bütün dünya ondan danışır.

Bizimyol.info xəbər verir ki, serialda adı keçən, SSRİ-nin o vaxtkı prezidenti Mixail Qorbaçov da bu haqda danışıb. Deyib ki, yalandır, o, Çernobıl atom stansiyasındakı qəzanın səbəblərini araşdıran akademik Valeri Leqasova əngəl yaratmaq göstərişi verməyib.

Serialda göstərilir ki, akademik atom qəzasının səbəbi barədə öz versiyasını irəli sürəndən sonra onun karyerasına son qoyulub.

"Mən belə bir göstəriş verməmişəm. Məndən başqa kim verərdi? Bütün bunlar uydurmadır”, – Qorbaçov belə deyib. O, əlavə edib ki, hələlik özü "Çernobıl” serialına baxmayıb.

Serialın yayımından sonra akademik Leqasovun həyatına maraq da artıb. Serialda bu rolu aktyor Cared Harris canlandırıb. Serialda Leqasov Çernobıl Atom Elektrik Stansiyasının işçilərinin mühakimə olunduğu məhkəmədə çıxış edir. O, çıxışında dövləti reaktorlardakı qüsurları ört-basdır eləməkdə günahlandırır.

Həqiqətdə isə akademik məhkəmədə çıxış eləməyib. Sadəcə, ssenaridə bu səhnə uydurulub.

Leqasov qəzanın səbəblərini və nəticələrin aradan qaldırılması yollarını araşdıran dövlət komissiyasının üzvü olub. Versiyalardan biri budur ki, o, 1986-cı ildə Vyanada MAQATE-nin konfransında hesabatla çıxış edərkən gizli məlumatları açıqlayıb. Bir sıra tarixçilər iddia edir ki, bu üzdən Qorbaçov ona rütbə verməmək qərarına gəlib və bundan sonra Leqasovun karyerasına son qoyulub. Baxmayaraq ki, ali rütbə adı alması üçün iki dəfə onun namizədliyi irəli sürülüb, ancaq o, həmin rütbəni ala bilməyib.

1988-ci ildə Leqasov intihar edib. 1996-cı ildə isə prezident Boris Yeltsenin fərmanıyla o, Rusiya Milli Qəhrəmanı adına layiq görülüb.

Загрузка...

Xəbər lenti