Gəncədə ata oğlunu taxta ilə vəhşicəsinə döydü - VİDEO

Gəncədə ata oğlunu taxta ilə vəhşicəsinə döydü - VİDEO
Gəncədə 14 yaşlı oğlan vəhşicəsinə döyülüb.

Oxu.Az-ın məlumatına görə, bu barədə uşağın anası məlumat yayıb.

O, video çəkərək, hadisəni ictimailəşdirib və iddia edib ki, uşağı atası bu hala salıb.

Yeniyetmənin atası İlham Məmmədovun bu addımı atmasına səbəb isə uşaqdan videomaqnitofon və onun naqilini gətirməsini istəməsi, uşağın isə sonuncunu unutması olub.

Bundan qəzəblənən ata oğlunu taxta parçası ilə əzişdirib.

Uşağın anası iddia edir ki, polis şikayətlərinə baxmır. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov saytımıza açıqlamasında bildirib ki, hadisə barədə polisə iyunun 2-dən 3-nə keçən gecə müraciət daxil olub:

"Hadisə yerinə getdikdən sonra tədqiqatçı təcili tibbi yardım çağırıb, ilkin yardım göstərildikdən sonra uşağı 2 saylı Uşaq Xəstəxanasına aparıb. Orada uşağa yardım edilib, polis öz maşını ilə onu və anasını gətirib. Tədqiqatçı anasına bildirib ki, uşaq yeniyetmə olduğu üçün səhər saat 09:00-da valideyninin iştirakı ilə ifadəsi alınacaq və məhkəmə-tibbi ekspertizasından keçiriləcək.

Amma səhər polis əməkdaşı xanıma zəng edən zaman bildirib ki, o, artıq yoldadır və Bakıya gedir. Xanım məsələni ictimailəşdirəcəyini deyib. Bildirib ki, polisin uşağı döyən şəxsi tutmaması onu qane etməyib”.

Eşqin Qasımovun sözlərinə görə, hadisə baş verən gecə İlham Məmmədovun ifadəsi alınıb:

"O, ifadəsində hadisəni törədən zamanı içkili olduğunu etiraf edib. İfadələr alınmadan, ekspert rəyi bəlli olmadan polis kimisə saxlaya bilməz, həbs olunması üçün isə məhkəmənin qərarı olmalıdır.

İfadədən sonra başqa gün ekspertiza rəyi alınıb, bundan sonra qanuna uyğun olaraq müvafiq işlər görülüb. Amma qadın səhəri gün Bakıya gedib və efirə çıxaraq polisin onun ərini tutmadığını bildirib”. 

Qeyd edək ki, ər və arvad rəsmi nikahdadır, amma ayrı evlərdə yaşayırlar. Döyülən yeniyetmə  atası, bacısı isə anası ilə yaşayır.
 

Загрузка...

Xəbər lenti