"Fənərbağça"nın əfsanəsi vəfat etdi

"Fənərbağça"nın əfsanəvi futbolçusu Şükrü Birand 75 yaşında vəfat edib.

Panorama.az fanat.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

 

Qeyd edək ki, Şükrü Birand "Tokatspor" və PTT klublarında oynadıqdan sonra 1964-cü ildə "Fənərbağça"ya transfer olunub və 10 il komandanın formasını geyinib. Bu müddətdə 317 oyun keçirərək 7 qola imza atıb. O, 1964-1969-cu illərdə Türkiyə millisində çıxış edib (14 oyun).

loading...

Xəbər lenti