Bakının məşhur kinoteatrı sökülür - Yerində ticarət mərkəzi tikilir - FOTOLAR

Bakının məşhur kinoteatrı sökülür - Yerində ticarət mərkəzi tikilir - FOTOLAR
Bakının Qara Qarayev prospektində yerləşən məşhur "Sevinc" kinoteatrı sökülmək üçün hasara alınıb.

Ərazidə yaşayan sakinlər bildirib ki, hasara alınan kinoteatr sökülərək yerində bir neçə mərtəbəli ticarət mərkəzi, zirzəməsində isə geniş parking tikiləcək.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bildirib ki, adıçəkilən kinotetar Mədəniyyət Nazirliyinin balansında deyil. Həmin kinoteatr 2000-ci ilin əvvəllərində özəlləşdirilib.
 

Qeyd edək ki, 1970-ci illərdə istifadəyə verilən "Sevinc" (Təbriz) kinoteatrı uzun müddətdir fəaliyyət göstərmir.

mənbə: unikal.org
Bakının məşhur kinoteatrı sökülür - Yerində ticarət mərkəzi tikilir - FOTOLAR
Bakının məşhur kinoteatrı sökülür - Yerində ticarət mərkəzi tikilir - FOTOLAR
Загрузка...

Xəbər lenti